Ronaldo: Oyun ərzində can qoyduq
Misli Premyer Liqasının VI turunda “Sabah” “İmişli”ni 3:1 hesabı ilə məğlub edib.
Matçdan sonra “İmişli”nin yeni transferi Ronaldo de Souza Sportify.az-a müsahibə verib.
– Oyunla bağlı fikirləriniz necədir?
– Bilirdik ki, ağır oyun olacaq. Komanda olaraq məşqçinin tapşırıqlarına əməl etdik. Oyunun sonuna kimi bütün komanda can qoydu. Düzdür, nəticə istədiyimiz kimi olmadı. Amma komanda olaraq yaxşı oynadıq. Hamı əlindən gələni etdi.
– Komandanın 6 oyunda cəmi 1 qələbəsi var. Bu barədə nə deyə bilərsiniz?
– Biz də istəyirik ki, qələbə qazanaq. Bilirik ki, asan oyun olmayacaq. Milli fasilədə daha çox çalışacağıq. Üzərimizdə işləyəcəyik. Bilirik ki, “Qarabağ” güclü komandadır. Amma bu, bizim heç bir şansımızın olmaması demək deyil. Hər şey mümkündür. Əlimizdən gələni edəcəyik.
– Hesab 2:1 olanda oyunun bitməsinə çox az qalmışdı. İkinci qolu vura bilərdiniz?
– Bəli, ola bilərdi. Son dəqiqələrdə əlimizdən gələni etdik. İstədiyimiz kimi olmadı. Mübarizə apardıq, təəssüf ki, alınmadı.
– Oyunun ən çətin hissəsi hansı idi?
– Çətin və ya asan oyun, yaxud hissə yoxdur. Liqanın və komandaların səviyyəsini bilirik. Oyun eyni səviyyədə keçdi. Asan oyun yoxdur. Oyun başlayan kimi təzyiq göstərib qol vurmağa çalışdıq, alınmadı. İlk 20 dəqiqədə onların çoxlu hücumlarının qarşısını hamımız çox yaxşı işlədiyimizə görə ala bildik. Sonda gördük ki, xal almaq mümkündür. Qol da vurduq.
– İlk 20 dəqiqədə “İmişli”nin qapıçının qarşısında azı 3 epizodu oldu, amma dəyərləndirə bilmədiniz. Komandada bitiricilik çatışmır deyə bilərikmi?
– Bitiriciliklə əlaqəli heç bir problemimiz yoxdur. Bu, normaldır. Əlimizdən gələni etmişik. Hərdən futbolçular düzgün qərar verə bilmirlər. Hücumçunun işi təkcə qol vurmaq deyil. Həmçinin geri qayıdır və müdafiəyə kömək edir. Bir-iki epizod alınmadı deyə bu qənaətə gəlmək olmaz.


No Comment! Be the first one.