“Zirə” qalib gəldi, "Araz-Naxçıvan" yenə uduzdu – YENİLƏNDİ
Misli Premyer Liqasında IX tura start verilib.
Sportify.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib.
Baş hakim Əkbər Əhmədovun idarə etdiyi görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 2:1.
Hesabı 8-ci dəqiqədə “Qəbələ”nin legioneri İsmael Akinade açıb. 36-cı dəqiqədə Mohamed Mara bərabərlik qolunu vurub. 48-ci dəqiqədə isə İsaak Amoah yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, “Qəbələ” yeni baş məşqçisi Yeton Bekirinin rəhbərliyi altında üçüncü matçında ilk qələbəsini qazanıb. “Qırmızı-qaralar” 7 xalla yenə 10-cu yerdə gedir.
“Araz-Naxçıvan” isə Yuri Maksimovun gəlişindən sonra ardıcıl üçüncü, ümumilikdə yeddinci məğlubiyyətlə üzləşib. Hazırda Naxçıvan komandası 9 oyundan 2 xalla sonuncu pillədə qərarlaşıb.
Günün digər matçı isə daha məhsuldar alınıb. “Zirə” – “Sumqayıt” matçında hesabı meydan sahibləri açıblar. Ruan Renato 8-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 21-ci dəqiqədə Rikardo Martins fərqi artırıb. Qonaqların cavabı çox gecikməyib. 39-cu dəqiqədə Nihad Əhmədzadə fərqlənərək “Sumqayıt”ı ümidləndirib. 56-cı dəqiqədə Keffel Resende tarazlığı bərpa edib. Oyunda son nöqtəni “Zirə” qoyub. David Volkov qələbə qolunun müəllifi olub.
3:2 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandası 15 xalla 4-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 8 xalla 8-ci yerdədir.
—————————–
Misli Premyer Liqasında IX tura bu gün keçiriləcək iki oyunla start veriləcək.
Sportify.az xəbər verir ki, günün qarşılaşmalarından biri Şamaxıda, digəri Zirədə baş tutacaq.
Misli Premyer Liqası
I dövrə, IX tur
23 oktyabr (cümə)
15:00 “Araz-Naxçıvan” – “Qəbələ” – 1:2
Qollar: Mohamed Mara, 36 – İsmael Akinade, 8. İsaak Amoah, 48
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu
19:00 “Zirə” – “Sumqayıt” 3:2
Qollar: Ruan Renato, 8 (pen.). Rikardo Martins, 21, David Volkov, 83 – Nihad Əhmədzadə, 39. Keffel Resende, 56
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu


No Comment! Be the first one.