Avropa çempionatı: Millimiz medal sayını 4-ə yüksəltdi
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycanın daha 3 boksçusu medalı təmin edib.
Sportify.az xəbər verir ki, bu, 1/4 final görüşlərindəki qələbələr sayəsində mümkün olub.
Amin Məmmədzadə (55 kq) Billal Bennamaya (Fransa), Sübhan Mamedov (50 kq) İstvan Szakaya (Macarıstan), Məhəmməd Abdullayev (+90 kq) Omar Şihaya (Norveç) 3:2 hesabı ilə qalib gəlib.
Daha əvvəl Nəbi İsgəndərov (70 kq) da yarımfinala yüksəlib.
Sentyabrın 23-də isə Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda isveçli Kevin Skott ilə qarşılaşacaq. Cəfərov qalib gəlsə, Azərbaycan millisinin Avropa çempionatında 5 medal qazanacağı dəqiqləşəcək.




No Comment! Be the first one.