“Barselona” stadion dəyişikliyi edir
İspaniya klubu “Barselona” növbəti mövsüm ev oyunlarını yenidən “Olimpik Lyuis Kompanis” stadionunda keçirəcək.
Sportify.az xəbər verir ki, ESPN-in məlumatına görə, Kataloniya klubu yenidən təmir olunan “Kamp Nou”ya 2028-ci ilin yanvarında qayıtmağı planlaşdırır.
Klubun xəzinədarı Ferran Olive ümumi yığıncaqda bildirib ki, komanda cari mövsümü “Kamp Nou”da başa vuracaq. Növbəti mövsümdən isə ev oyunları “Monjuik” kimi tanınan “Olimpik Lyuis Kompanis” arenasında keçiriləcək.
“Kamp Nou”ya qayıdış zamanı stadionun tutumunun 95 min tamaşaçı olacağı gözlənilir. 2028/29 mövsümündən əvvəl bu göstəricinin 105 minə çatdırılması planlaşdırılır.
“Barselona”nın müvəqqəti stadionda iki mövsüm keçirməsi kluba təxminən 17 milyon avro əməliyyat xərci yaradıb. Köçlə bağlı əlavə xərclər isə 24 milyon avro təşkil edib.
Qeyd edək ki, yenilənmiş “Kamp Nou”nun 2029-cu ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməsi planlaşdırılır. Stadion 1989 və 1999-cu illərdə də turnirin final oyunlarını qəbul edib.



No Comment! Be the first one.