Klopp Almaniya millisinin üzvlərinə yeni qadağalar qoyub
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp komanda birliyini gücləndirmək məqsədilə futbolçular üçün yeni daxili qaydalar müəyyənləşdirib.
Sportify.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Klopp və məşqçilər korpusu yeni qaydaları avqust ayında keçirilən bir neçəgünlük seminar zamanı hazırlayıb. Yeni tələblərə əsasən, futbolçular nahara ayrı-ayrılıqda deyil, birlikdə gəlməlidirlər. Həmçinin masaj və məşq zalında mobil telefonlardan istifadəyə qadağa qoyulub.
Bundan başqa, futbolçuların şəxsi bərbərlərinin təlim-məşq toplanışları zamanı komandanın bazasına gəlməsinə icazə verilməyəcək. Klopp böyük turnirlər zamanı futbolçuların həyat yoldaşları və digər ailə üzvlərinin səfərlərinə də məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Baş məşqçi bu qaydalarla istirahət və komandaya fokuslanma arasında balans yaratmağı hədəfləyir.
Qeyd edək ki, Yurgen Klopp bu ilin iyulunda Almaniya millisinin baş məşqçisi təyin olunub.



No Comment! Be the first one.