Alba ilə yollar ayrıldı
Rusiyanın “Rostov” futbol klubu baş məşqçi Conatan Alba ilə yollarını ayırıb.
Sportify.az xəbər verir ki, klub rəhbərliyi ilə 36 yaşlı mütəxəssis arasında keçirilən görüşdən sonra qarşılıqlı razılaşma əsasında onun və məşqçilər korpusunun fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunub.
Conatan Alba 2018-ci ildə “Rostov”a analitik-məşqçi kimi qoşulub.
O, 2025-ci ilin fevralında Valeri Karpinin Rusiya milli komandasında fəaliyyətə fokuslanmasından sonra komandanın baş məşqçisi vəzifəsini tutub.



No Comment! Be the first one.