Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin ikinci yarış günündə əsas sessiyalar baş tutacaq.
Sportify.az xəbər verir ki, günün ilk yarışında Formula 2 üzrə sprint mərhələsi keçirilib. “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç birinci olub. “Trident”dən Laurens van Hopen ikinci, “Rodin Motorsport”un pilotu Aleks Dann isə üçüncü yeri tutub.
Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2-də əsas yarışın startı 14:15-ə nəzərdə tutulub.
Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Bu mərhələ saat 16:00-da başlayacaq və 17:00-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.



No Comment! Be the first one.