Azərbaycan Qran-prisinin qalibi bu gün müəyyənləşəcək
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.
Sportify.az xəbər verir ki, günün ilk yarışında Formula 2 üzrə ikinci əsas yarış keçiriləcək. Daha sonra Formula 1-də Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.
Qeyd edək ki, ötən gün Formula 2-də “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç sprint yarışında, “Rodin Motorsport”un təmsilçisi Aleks Dann isə ilk əsas yarışda qalib olub. Formula 1-də isə “Mercedes” pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərib.
Azərbaycan Qran-prisindən əvvəl “Mercedes”in italiyalı pilotu Kimi Antonelli 292 xalla pilotlar sıralamasında liderdir. Corc Rassell 211 xalla ikinci, “Ferrari”dən Lüis Hemilton isə 191 xalla üçüncüdür.
Konstruktorlar Kubokunda “Mercedes” 503 xalla liderdir. “Ferrari” 358 xalla ikinci, “McLaren” isə 306 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Qran-prisinin son gününün proqramı:
11:00 – Formula 2: İkinci əsas yarış
15:00 – Formula 1: Azərbaycan Qran-prisi



No Comment! Be the first one.