26 yaşlı boksçu nokautla uduzduqdan sonra öldü
Meksikalı boksçu Arturo Torres 26 yaşında vəfat edib.
Sportify.az xəbər verir ki, bu barədə onun çıxış etdiyi “Supreme Boxing” promouter şirkəti məlumat yayıb.
Torres sentyabrın 19-da həmyerlisi Xilberto Qarsiya ilə döyüşüb və 7-ci raundda nokautla məğlub olub. Döyüşdən sonra rinqdə qalan boksçu daha sonra yerə yıxılıb.
Ona rinqdə tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb. Torres aldığı xəsarətlərdən 6 gün sonra dünyasını dəyişib.
Qeyd edək ki, Arturo Torres peşəkar karyerası ərzində 15 qələbə qazanıb. Onun 6 qələbəsi nokautla olub. Boksçu 6 dəfə məğlub olub, 3 döyüşü isə heç-heçə başa vurub.



No Comment! Be the first one.