Kata yarışında uğurlu nəticə
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirinin kata yarışında Azərbaycan təmsilçiləri mükafatçılar sırasında yer alıblar.
Sportify.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvü Adilə Niftaliyeva ACF-in təhsil eksperti İbrahim Aslanovla birlikdə “nage-no-kata” üzrə gümüş medal qazanıb.
Kata cütlüyündə Adilə Niftaliyeva tori, İbrahim Aslanov isə uke qismində çıxış edib.




No Comment! Be the first one.