Poqba azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər
Türkiyənin “Bursaspor” klubu hazırda azad agent olan fransalı futbolçu Pol Poqba ilə maraqlanır.
Sportify.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyənin I Liqa təmsilçisi dünya çempionu olmuş 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov da “Bursaspor”un formasını geyinir.


No Comment! Be the first one.