Mbappenin qardaşı üç oyunluq cəza aldı
Fransa təmsilçisi “Lill”in yarımmüdafiəçisi İtan Mbappe UEFA Çempionlar Liqasında üç oyunluq cəzalandırılıb.
Sportify.az xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi məlumat yayıb.
19 yaşlı futbolçu turnirin ilk turunda İspaniya təmsilçisi “Real Betis”lə 2:3 hesablı məğlubiyyətlə başa çatan oyunda birbaşa qırmızı vərəqə alıb. İtan Mbappe rəqib komandanın müdafiəçisi Natanı üz nahiyəsindən vurduğu üçün meydandan qovulub.
Beləliklə, İspaniyanın “Real Madrid” klubunun vəFransa millisinin hücumçusu Kilian Mbappenin qardaşı Çempionlar Liqasında “Arsenal” (İngiltərə) , “Qalatasaray” (Türkiyə) və “Bodo-Qlimt”ə (Norveç) qarşı oyunları buraxacaq.



No Comment! Be the first one.