Ançelotti: Tənqid düşüncələrimə heç bir təsir göstərmir
“Tənqidlər milli komandanın gələcəyi ilə bağlı düşüncələrimə təsir etmir”.
Sportify.az xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Avstraliya ilə keçirilən yoldaşlıq görüşündən sonra komandasına ünvanlanan tənqidlərə münasibət bildirərkən deyib.
İtaliyalı mütəxəssis tənqidin futbolun ayrılmaz hissəsi olduğunu deyib.
“Tənqid yaxşıdır. Tənqid həmişə olub və həmişə də olacaq. Bu, milli komandanın gələcəyi ilə bağlı təsəvvürümə və düşüncələrimə heç bir təsir göstərmir”, – deyə Ançelotti bildirib.
Baş məşqçi Avstraliya ilə 1:1 hesablı heç-heçənin nəticəsinin onlar üçün əsas prioritet olmadığını vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd gənc və yeni futbolçulara özlərini göstərmək imkanı yaratmaqdır.
“İlk oyunun nəticəsi bizim üçün o qədər də vacib deyil. Biz başqa məqsədə can atırıq: gənc və yeni oyunçulara meydan və imkan vermək. Bu baxımdan, oyun bizim üçün yaxşı keçdi”, – deyə Ançelotti qeyd edib.
Mütəxəssis komandanın daha yaxşı çıxış edə biləcəyini də etiraf edib. Bununla yanaşı, o, Avstraliya millisinin oyununu yüksək qiymətləndirib.
“Əlbəttə, daha yaxşı oynaya bilərdik. Amma rəqibin səviyyəsini də nəzərə almaq lazımdır. Avstraliya həqiqətən yaxşı oynadı. Onlar çox yaxşı müdafiə olunurdular və kompakt futbol nümayiş etdirirdilər. Boşluq tapmaq çətin idi. Bütün bu amillər rol oynadı. Meydan da bizə kömək etmədi, Avstraliya da bizə kömək etmədi”, – deyə baş məşqçi əlavə edib.



No Comment! Be the first one.