Klub prezidenti öldürüldü
Bolqarıstanın “Botev” (Plovdiv) futbol klubunun prezidenti və əsas səhmdarı İliyan Filipov qətlə yetirilib.
Sportify.az xəbər verir ki, bu barədə “NOVA” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, hadisə Filipovun futbol matçından sonra evinə qayıtdığı zaman baş verib.
Nəqliyyat və tikinti şirkətlərinin sahibi olan iş adamı başından açılan atəş nəticəsində öldürülüb.
İ.Filipov 2025-ci ildə “Botev” klubunun əsas səhmdarına çevrilib.
Hazırda komanda Bolqarıstan çempionatında 16 xalla altıncı pillədə qərarlaşıb.



No Comment! Be the first one.