Rafinya İspaniyaya qayıdır
Braziliya milli komandasının futbolçusu Rafinya zədələndiyi üçün dərhal “Barselona”nın düşərgəsinə qayıdacaq.
Sportify.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Vinger Avstraliya ilə yoldaşlıq görüşündə (4:2) sağ ayağında əzələ narahatlığı hiss edib.
O, qarşılaşmanın ikinci hissəsində meydana çıxmayıb və əvəzinə Endrik oynayıb.
Bildirilir ki, Rafinyanın zədəsi ciddi hesab olunmur.
Buna baxmayaraq, “Barselona”da futbolçunun sağlamlığı və mümkün risklər qiymətləndiriləcək.



No Comment! Be the first one.