Türkiyə millisində ciddi itki
Türkiyə millisi ciddi itki ilə üzləşib.
Sportify.az xəbər verir ki, “ay-ulduzlular”ın yarımmüdafiəçisi Orkun Kökçü zədələnib. 25 yaşlı futbolçu milli komandanın heyətindən çıxarılıb.
Beləliklə, Kökçü oktyabrın 2-də Belçika, oktyabrın 5-də isə İtaliya ilə keçiriləcək oyunlarda iştirak etməyəcək.
Qeyd edək ki, Türkiyə millisi Millətlər Liqasında keçirdiyi əvvəlki görüşlərdə Fransaya 0:1, İtaliyaya isə 1:4 hesabı ilə məğlub olub.



No Comment! Be the first one.