Babək Quliyevə UEFA-dan təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.
Sportify.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının C Divizionunun 3-cü qrupunda keçiriləcək Qazaxıstan – Moldova matçının hakim-inspektoru olacaq.
Quliyev həmin qarşılaşmada Rumıniyadan olan hakimlər briqadasının işinə qiymət verəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 2-də Astana şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.



No Comment! Be the first one.