“Hər kəsdən üzr istəyirik”
Azərbaycan millisi UEFA Millətlər Liqasının III turunda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə edib – 0:0.
Matçdan sonra millimizin futbolçusu Elvin Bədəlov Sportify.az-a müsahibə verib.
– Matçla bağlı nə deyə bilərsiniz?
– Üzgünük. Qələbə qazanmaq istəyirdik, amma xal qazana bilmədik. Epizodları dəyərləndirə bilmədik. Özünüz də hər şeyi gördünüz.
– Kifayət qədər qol epizodunuz oldu, amma onlardan yararlana bilmədiniz. Çatışmayan nə idi?
– Soyuqqanlılıq. Ən yaxşı futbolçumuz Mahir Emrelinin belə epizodları dəyərləndirə bilmədiyi oyunda qələbə qazanmaq çətin idi. Digər futbolçular da cəhd etdilər, amma alınmadı.
– Mahir Emreli komandanın durumunun yaxşı olmadığını dedi. Bu nəticə növbəti oyuna nə dərəcədə təsir edə bilər?
– Əlbəttə, təsir edəcək. İndi gedib özümüzü toparlayacağıq. Bu vəziyyətə özümüz düşmüşük və buradan da özümüz çıxmalıyıq.
– Bu nəticəyə görə azarkeşlərdən üzr istəyirsiniz?
– Əlbəttə. Oyuna gələn və televiziyadan bizi izləyən hər kəsdən üzr istəyirik.
– Rəqib komandanın qələbədən sonra belə sevinməsi sizə pis təsir etdi?
– Meydanda bunu gördüm, indi yox. Bəli, meydandakı görüntülər mənə pis təsir etdi. Ona görə də uşaqlara meydandan çıxmağı dedim. Amma rəqibi də başa düşmək olar. Güclü rəqibdən xal alanda biz də belə sevinirik.
– Növbəti oyun barədə nə deyə bilərsiniz?
– Bizə qələbə lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik.
– Bu oyuna əsasən, Azərbaycan millisi D Liqasında oynamağa layiq komandadır?
– Xeyr. Əlimizdən gələni edib C Liqasına qayıdacağıq.



No Comment! Be the first one.