İbrahimoviç Ronaldunu tənqid etdi
İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun komandanı tərk etməsinə dair qərarı və kollektiv daxilində yaşanan qalmaqalla bağlı sərt fikirlər səsləndirib.
Sportify.az xəbər verir ki, İbrahimoviç Ronalduya öz mirasını şəxsi eqosu ilə korlamamağı tövsiyə edib.
“Yaratdığın irsi eqonla korlamaq lazım deyil. Portuqaliya millisinin düşərgəsini komanda yoldaşlarından heç kimlə danışmadan tərk etmək hörmətsizlikdir. Artıq gənc olmadığını anlamalısan. Mənə bax. Mən də vaxtilə gənc olmuşam. Ən yüksək səviyyədə çıxış etmişəm və sonra karyeramı başa vurmuşam. Hətta şirlər də ovun nə vaxt başa çatdığını bilirlər”, – deyə İbrahimoviç Tudn-a müsahibəsində bildirib.
Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun Portuqaliya millisində karyerasını başa çatdırmaq qərarına gəldiyi barədə məlumat yayılıb. Onun narazılığına səbəb kimi Norveçlə matçda kifayət qədər oyun vaxtı almaması göstərilir.



No Comment! Be the first one.