Rui Jorje: Dünya çempionatına gələcək yığmalardan bütün aspektlərdə geri qalırıq
“Hələ yolun başlanğıcındayıq. Futbolçuların normal formada olmamaları normaldır. Ona görə də dəyişikliklər etdik. Futbolçulardan intensivlik tələbim və təlim-məşq toplanışı kimi yolun sonunda belə formada olmamaları normaldır”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorje Qəbələ toplanışını dəyərləndirərkən deyib.
Portuqaliyalı mütəxəssis bildirib ki, klubların işlərinə müdaxilə edə və futbolçuların əsas heyətdə oynamalarını istəyə bilməz: “Bəzi futbolçular əvəzedici komandada və U-19 komandasında oynayırlar. Şikayət etməklə iş düzəlmir. Futbolçular bunu haqq etməlidirlər. Elə futbolçular var ki, əsas heyətdə oynamaq zamanıdır. Belə oyunlarda özlərini yaxşı tərəfdən göstərə bilsələr, klubların baş məşqçiləri də onlara şans verə bilərlər”.
Jorje Moldova ilə qarşılaşmada müdafiə xəttində yox, hücumda səhvlərə yol verdiklərini bildirib. O, müdafiədəki səhvlərin də özünü büruzə verdiyini vurğulayıb: “Hücuma gedərkən səhvlərə yol veririk ki, bu da rəqibin hücuma keçməsinə və müdafiə xəttimizdə çətinliklərin yaranmasına səbəb olur. Bu gün bizi top buraxmamağımız qane etdi. Hücuma gedəndə isə ürəklə irəli atılmaq lazımdır. Yaratdığımız imkanlardan maksimum yararlanmalıyıq”.
Baş məşqçi hazırkı düşüncəsinin daha fərqli olduğunu dilə gətirib: “İndi komandanı daha yaxından tanıyıram. Oyunçuların keyfiyyəti var, amma deməzdim ki, yüksək Avropa səviyyəsindədir. Bir çox oyunçu kollektiv oyuna üstünlük vermir, özü üçün çıxış etməyə çalışır. Ən birinci məqsəd odur ki, kollektiv oyun barədə düşünsünlər. Adlar çəkməyi xoşlamıram, amma hər birinin işindən çox razıyam. Eləcə də davranışlarından. Əli Bəşirovun özünü yaxşı tərəfdən göstərdiyini hamımız görürük. Şahin, Səttar, Uğur da keyfiyyətlidir. Hamısı özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Kiminsə adını çəkməməyim onlara qarşı haqsızlıq olar. Hər birinin işindən razıyam”.
Qapıçı Həbib Huşanovun penaltilər seriyasında 2 zərbəni dəf etməsinə diqqət çəkən baş məşqçi digər qapıçı Aftandil Arixov və Ayxan Abbaszadənin də toplanışda özlərini yaxşı tərəfdən göstərdiklərini söyləyib.
O, toplanış zamanı yaradılmış şəraitin də rol oynadığını vurğulayıb.
Jorje noyabrdakı hazırlıq prosesində əlindəki bütün oyunçuların xidmətindən yararlanacaqlarını dilə gətirib: “Onların hər birinin işinin vurğunuyam. Davamlı hazırlıq prosesinə çağırılacaq oyunçular istəkli futbolçular olacaq. Amma limitlər də olacaq. Hazırda dünya çempionatına layiqli şəkildə vəsiqə qazanan millilərdən çox geri qalırıq. Onlar daha hazırlıqlıdırlar. Qarşıdakı mundialda ev sahibi kimi iştirak edəcəyik. Onlar isə oyunları isə vəsiqəni qazanıblar. Fərq böyükdür. Bizim məqsəd isə fərqi azaltmaqdır. Nə dərəcə azaldacağımızı bilmirəm. Bu gün penalti seriyasında qələbə qazansaq da, Yaponiya oyunları ilə vəsiqə qazanıb. Lakin bir çox güclü oyunçularını gətirə bilməyiblər. Məqsəd onların daha da yaxşı çıxış etmələrinə nail olmaqdır”.
O, toplanışa bəzi futbolçuları dəvət edə bilmədiklərini də diqqətə çatdırıb. Təcrübəli mütəxəssis U-20-yə U-21-dəki futbolçuların da cəlb olunacağını söyləyib: “Rəşad Eyubovla söhbətdə Hikmət Cəbrayılzadəni istədi. Ona görə də Hikmət bizimlə olmadı. Yaşı bizə uyğun gələn hər kəsə dəvət göndərəcəyik. Əli Bəşirov çox istedadlı oyunçudur, ispaniyalı və portuqaliyalı həmyaşıdlarından heç də geri qalmır. Bunu öz oyunu ilə göstərib. Gəldiyimiz ilk gündən bütün toplamışlara dəvət alıb. Hər bir oyunçu öz üzərində çox çalışmalıdır”.
Jorje ilk gündən bütün oyunları və məşqləri izlədiklərini söyləyib: “Bu, işimizin bir hissəsidir. Ayxan Abbasovla isə hələ söhbət etməmişik. Futbolçularımız bütün aspektlərdə digər xarici komandalardan geri qalırlar. Daha çox inkişaf etməli, artırmalıyıq. Hansı səviyyədə komandalarla qarşılaşacağımızı bilirik. Onlar səviyyəsində olmadığımızı bilirik. Bu səbəbdən, durmadan işləməliyik”.
O, xahişlə heç bir futbolçu götürmədiyini də gülərək dilə gətirib.


No Comment! Be the first one.