"Sumqayıt", "Karvan Yevlax" və "Zaqatala"nın rəqibləri bəlli oldu – YENİLƏNDİ
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 oyunu keçirilib.
Sportify.az xəbər verir ki, qarşılaşmaların ikisində eyni hesablı nəticə qeydə alınıb.
“Zəngəzur” səfərdə “Difai”ni, “Kür-Araz” “Şirvan”ı məğlubiyyətə uğradıb – 3:1.
“Marafon” isə yeni stadionundakı ilk matçında “Dinamo”nu darmadağın edib – 3:0.
II təsnifat mərhələsində “Kür-Araz” “Sumqayıt”a, “Zəngəzur” “Karvan-Yevlax”a, “Marafon” isə “Zaqatala”ya rəqib olub.
Qeyd edək ki, ilk oyun günündə keçirilmiş görüşlərdən sonra “Qaradağ Lökbatan”ın “İmişli” ilə, “Ağstafa Gəncləri”nin isə “Şəfa” ilə qarşılaşacağı müəyyənləşib.
Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün birinci təsnifat mərhələsinin görüşləri davam edir.
Sportify.az xəbər verir ki, bu gün mərhələ çərçivəsində daha 3 qarşılaşma baş tutacaq.
Qeyd edək ki, birinci təsnifat mərhələsində II Liqada çıxış edən komandalar mübarizə aparırlar.
8 oktyabr (cümə axşamı)
14:00. “Difai” – “Zəngəzur” – 1:3
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev
Stadion: Palms Sports Futbol Mərkəzi (IV meydança)
14:30. “Marafon” – “Dinamo” – 3:0
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev
Stadion: “Marafon Arena”
14:30. “Şirvan” – “Kür-Araz” – 1:3
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev
Stadion: Şirvan OİK stadionu
9 oktyabr (cümə)
14:30. “Ağdaş” – “Hypers”
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə
Stadion: Ağdaş şəhər stadionu
Birinci təsnifat mərhələsinin ötən gün keçirilən görüşlərində isə “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” isə “Şəmkir”i 5:1 hesabı ilə məğlub edib.



No Comment! Be the first one.