"Kəpəz"dən səfər qələbəsi, "Neftçi" - "Sabah" matçında qol olmadı – YENİLƏNDİ
Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “Palms Sports Arena”da “Neftçi” “Sabah”ı qəbul edib.
Baş hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Beləliklə, hər iki komanda çempionatda ilk dəfə meydanı heç-heçə ilə tərk edib.
Bu nəticədən sonra xalını 16-ya çatdıran “Neftçi” və “Sabah” turnir cədvəlinin şərikli liderliyini davam etdirirlər. Lakin “Sabah”ın ehtiyatda bir oyunu var.
Qeyd edək ki, VII turun açılış oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb – 2:0. Turun qalan qarşılaşmaları 10-11 oktyabrda keçiriləcək.
————————
Misli Premyer Liqasıda VII tura start verilib.
Sportify.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş Gəncə komandasının inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.
Hesabı 31-ci dəqiqədə Benito Olabiran açıb. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə Rəhman Hacıyev qoyub.
Bununla da xalını 10-a çatdıran “Kəpəz” 6-cı pilləyə yüksəlib. Hələ də qələbəyə həsrət olan “Araz-Naxçıvan” isə 2 xalla sonuncudur.
————————–
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan 19 günlük fasilə bu gün başa çatır.
Sportify.az xəbər verir ki, çempionatda VII turun qarşılaşmaları ilə mübarizə yenidən başlayacaq.
Turun ilk oyun günündə iki görüş baş tutacaq. Günün ilk matçında “Araz-Naxçıvan” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq. Bu oyun ukraynalı mütəxəssis Yuri Maksimovun “Araz-Naxçıvan”ın baş məşqçisi kimi ilk sınağı olacaq.
Günün maraqla gözlənilən digər qarşılaşmasında isə “Neftçi” ilə “Sabah” üz-üzə gələcək.
Misli Premyer Liqası, VII tur
9 oktyabr, cümə
16:00. “Araz-Naxçıvan” – “Kəpəz” – 0:2
Qollar: Benito Olabiran, 31. Rəhman Hacıyev, 86
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu
19:30. “Neftçi” – “Sabah” – 0:0
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev. VAR: Kamal Umudlu, AVAR: Teymur Teymurov.
Stadion: “Palms Sports Arena”
10 oktyabr, şənbə
17:00. “Zirə” – “Şamaxı”
19:30. “Sumqayıt” – “Qəbələ”
11 oktyabr, bazar
16:00. “İmişli” – “Qarabağ”
18:30. “Şəfa” – “Turan Tovuz”



No Comment! Be the first one.