Azər Məmmədov: Hər qələbə bizim üçün 6 xaldır
Azərbaycan Premyer Liqasının VII turunda “Araz Naxçıvan” “Kəpəz”i məğlub olub: 2:0
Sportify.az xəbər verir ki, qarşılaşmaqsan sonra “Kəpəz”im baş məşqçisi Azər Məmmədov oyundan sonra mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb.
– Hamınızı salamlayıram. İlk növbədə, əziyyət çəkərək bizi dəstəkləmək üçün bura gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlar həmişəki kimi yanımızdadırlar. Komandama və futbolçularıma da təşəkkür edirəm. Bu gün çox vacib qələbə qazandıq. Heyətimizdə müəyyən itkilərimiz var idi, amma digər futbolçularımız onların yoxluğunu layiqincə kompensasiya etdilər. Oyuna gəlincə, açığı, qarşılaşmanın çətin keçəcəyini bilirdik. “Araz Naxçıvan”da baş məşqçi dəyişikliyi olmuşdu. Belə dəyişikliklər adətən komandaya müsbət təsir göstərir. Yeni məşqçinin fəlsəfəsini təhlil etmək üçün də kifayət qədər imkanımız yox idi. Bütün bunlara baxmayaraq, komandamız meydana çıxdı və futbolçularıma verdiyim tapşırıqların, demək olar ki, hamısını layiqincə yerinə yetirdilər. Bir daha təşəkkür edirəm. Rəhbərliyimiz hərtərəfli dəstək olur, bizə dayaqdır. Bu qələbə, başda rəhbərlik olmaqla, hamımızın zəhmətinin bəhrəsidir. Oyun çox dinamik keçmədi. Ancaq hər şeyə rəğmən, əsas məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq.
– Sizcə, Rojerio Santos komandanın neçə faizidir?
– Suala görə təşəkkür edirəm. Faizlə danışmaq istəmirəm. Bəzi futbolçuların fərdi üstünlükləri ola bilər. Hər komandada olduğu kimi, bizdə də belə oyunçular var. Ancaq ümumi uğur qazanmaq istəyiriksə, mənim üçün komandadakı hər bir futbolçu eyni dərəcədə önəmlidir. Hamısı Rogeriodur, hamısı Stiynaldır, Namiqdir, İrfandır. Buna görə də çalışırıq ki, adlara deyil, komanda birliyinə əsaslanan kollektiv formalaşdıraq. Hansısa futbolçu daha çox seçilə bilər, amma əsas məqsədimiz komanda şəklində çıxış etməkdir. Ümid edirəm ki, bu şəkildə davam edəcəyik.
– Namik Ələskərovla Rəhman Hacıyevi gələcəkdə də eyni anda meydanda görə bilərik?
– Düşünürəm ki, gələcəkdə də yaxşı çıxış edəcək. Hazırda optimal heyətimizi tam formalaşdırmağa çalışırıq. Bəzi futbolçular müəyyən oyunlarda daha yaxşı çıxış edir, digərlərində isə bir qədər çətinlik yaşayırlar. İnanıram ki, Namiq Rəhmanla, Abubakarla da birlikdə də oynayacaq. Hamı bir-biri ilə uyğunlaşacaq. Komandada elə futbolçu olmayacaq ki, ona şans verilməsin. Hər kəsə imkan yaradacağıq.
– Qələbə sayəsində xallarınızı 16-ya çatdırdınız və “Zirə” ilə xallarınız bərabərləşdi. Gələn həftə həmin komandanı qəbul edəcəksiniz. Qarşıdakı oyunu 6 xallıq qarşılaşma adlandırmaq olar?
– Ümumiyyətlə, bizim üçün hər xal 6 xal dəyərindədir. Qarşılaşdığımız hər komandaya qarşı qazandığımız xallar bizim üçün çox önəmlidir. Müəyyən maliyyə dəstəyimiz var və bu imkanlara uyğun komanda formalaşdırmışıq. Buna görə də hər qələbə bizim üçün 6 xaldır. “Zirə” ilə bizi Gəncədə çox ağır oyun gözləyir. Ancaq bu günkü qarşılaşma bitən kimi artıq növbəti oyuna hazırlaşmağa başlamışıq. İnanıram ki, Gəncəli azarkeşlərə yaxşı oyun nümayiş etdirəcək və xallar qazanacağıq.



No Comment! Be the first one.