Zirədə hərəyə 1 qol, “Sumqayıt”dan ilk qələbə – YENİLƏNDİ
Misli Premyer Liqasında VII turun ikinci oyun günündə daha bir qarşılaşma “SOCAR Polymer Arena”da gerçəkləşib.
Sportify.az xəbər verir ki, mövsümə elə də uğurlu başlamayan “Sumqayıt” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
Artıq 6-cı dəqiqədə Mamadi Banqre, 9-cu dəqiqədə isə İsa Suliman fərqlənərək, “Sumqayıt”ı önə keçiriblər.
25-ci dəqiqədə “Qəbələ”nin yarımmüdafiəçisi Şahin Şahniyarov fərqi azaltsa da, cəmi 4 dəqiqə sonra Ronaldo Vaskez yerli komandanın üçüncü qolunu vurub. 68-ci dəqiqədə isə Lukas Blek son nöqtəni qoyub.
Beləliklə, “Sumqayıt” mövsümdə ilk qələbəsini darmadağınla əldə edib. “Qəbələ” isə yeni baş məşqçisi Jeton Bekirinin rəhbərliyi altında ilk qarşılaşmasından ağır məğlubiyyətlə ayrılıb.
Hazırda “Sumqayıt” 6 oyundan 5 xalla 8-ci, “Qəbələ” 7 matçdan 4 xalla 10-cu yerdə gedir.
Qeyd edək ki, VII turun əvvəlki görüşlərində “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Sabah” oyununda 0:0, “Zirə” – “Şamaxı” matçında 1:1 hesablı heç-heçələr qeydə alınıb. Tura oktyabrın 11-də keçiriləcək “İmişli” – “Qarabağ” və “Şəfa” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.
———————————-
Misli Premyer Liqasında VII turun daha bir oyunu “Zirə” və “Şamaxı” arasında keçirilib.
Sportify.az xəbər verir ki, Zirə İdman Kompleksində təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.
Hər iki qol fasilədən sonra vurulub. 53-cü dəqiqədə Abdullahi Şuaybu uzaqdan zərbə ilə qonaqları hesabda önə keçirib. 68-ci dəqiqədə isə Ange Mutsinzi bərabərlik qolunu vurub.
Bu nəticədən sonra xalını 11-ə çatdıran “Zirə” 5-ci, 10 xala malik “Şamaxı” isə 7-ci yerdə gedir.
—————————
Misli Premyer Liqasında VII turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Sportify.az xəbər verir ki, günün ilk matçında “Zirə” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Şamaxı” isə 9 xalla 7-ci yerdədir.
Günün digər görüşündə “Sumqayıt” “Qəbələ” ilə üz-üzə gələcək. Qarşılaşma “Qəbələ”nin yeni baş məşqçisi Yeton Bekirinin debütü ilə əlamətdar olacaq.
Misli Premyer Liqası – VII tur
10 oktyabr (şənbə)
17:00. “Zirə” – “Şamaxı” – 1:1
Qollar: Ange Mutsinzi, 68 – Abdullahi Şuaybu, 53
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov. VAR: Əkbər Əhmədov, AVAR: Kamran Bayramov.
Stadion: Zirə İdman Kompleksinin stadionu.
19:30. “Sumqayıt” – “Qəbələ” – 3:1
Qollar: Mamadi Banqre, 6. İsa Suliman, 9. Ronaldo Vaskes, 29 – Şahin Şahniyarov, 25
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə. VAR: Əliyar Ağayev, AVAR: Zeynal Zeynalov.
Stadion: “SOCAR Polymer Arena”.
11 oktyabr (bazar)
16:00. “İmişli” – “Qarabağ”
18:30. “Şəfa” – “Turan Tovuz”
VII turun əvvəlki nəticələri
9 oktyabr (cümə)
“Araz-Naxçıvan” – “Kəpəz” 0:2
“Neftçi” – “Sabah” 0:0.



No Comment! Be the first one.