Cüdoda yeganə qadın olimpiya medalçımız yenidən Bakıda
Bakıda keçirilən dünya çempionatında Azərbaycanın 8 veteran cüdoçusuna yeni dan dərəcələri veriləcək.
Bu barədə Sportify.az-a Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Kişilərdən ibarət millinin sabiq baş məşqçisi Fərhad Məmmədov və 3 qat Avropa çempionu Elçin İsmayılov 7-ci dan kəməri alacaq.
6-cı dan kəmərinə isə dünya çempionu Elxan Məmmədov, qadınlar arasında yeganə olimpiya mükafatçısı İrina Kindzerska, Avropa çempionu Orxan Səfərov, dünya və Avropa çempionatlarının mükafatçısı Nicat Şıxəlizadə, eləcə də Rüfət İsmayılov və Mübariz Cəfərov layiq görüləcək.
Tədbir bu gün saat 16:00-da keçiriləcək.
Qeyd edək ki, İrina Kindzerska Ukraynada yaşayır, əri azərbaycanlıdır. O, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Azərbaycan millisindən ayrılıb.



No Comment! Be the first one.