Azər Bağırov: Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil
Misli Premyer Liqasının VII turunda “Şamaxı” “Zirə” ilə qolsuz heç-heçə edib: 0:0.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra “Şamaxı”nın baş məşqçisi Azər Bağırov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Milli fasilədən sonra nə qədər çətin oyun olacağını bilirdik. Bəzi futbolçularımız U-21 yığmasında yaxşı oyun keçirdi. Oruc Məmmədov əsas millidə oynadı. Bəzi futbolçularda yüklənmələr var idi. Şükürlər olsun ki, bu gün meydanda vuruşaraq xalımızı qazandıq. “Zirə”yə uğurlar arzulayıram.
– Edqar Adilxanov “Genk”dən təklif alıb? Onunla danışmısınız?
– Əsassızdır. Belə bir şey yoxdur. Olsa da, klub tərəfindən bizə xəbər verilər. Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil, futbolçuda narahatlıq yaradır.



No Comment! Be the first one.