“Azərbaycan xalqına təşəkkür edirəm”
97 atletin qatıldığı III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatdı.
Sportify.az xəbər verir ki, qadınlar arasında yarışın qalibi Ukrayna təmsilçisi Olena Şevçenko marafondan sonra fikirlərini bölüşüb:
– Özümü xoşbəxt sayıram ki, qadınlar arasında finişə birinci çatdım. Yarış mənim üçün çox gözəl hisslərlə yadda qaldı. İsti münasibət və mehribanlığa görə Azərbaycan xalqına təşəkkür edirəm.
– İndiyədək neçə ölkədə keçirilən yarışlarda iştirak etmisən? Statistik baxımdan bu rəqəm əhəmiyyətlidir, elə deyilmi?
– Tayvan, Çin, Polşa, Fransa, İtaliya və İrlandiya. Ümumilikdə 6-7 ölkədir, hazırda dəqiq xatırlaya bilmirəm.
– Azərbaycanda yarış necə təşkil olunmuşdu?
– Bəli, burada çox güclü rəqabət var idi. Yarış ən yüksək səviyyədə təşkil olunmuşdu, təşkilatçılıq çox güclü idi. Yarışda iştirak edən və əməyi olan hər kəsə — təşkilatçılara, könüllülərə, polislərə, tibb işçilərinə və marşrut boyunca bizə kömək edən bütün insanlara təşəkkür etmək və onları təbrik etmək istəyirəm.
– Yarış başlamazdan əvvəl özünü favorit hesab edirdimi? Bu il birinci olacağını düşünürdümü?
– Xeyr, xeyr. Bütün idmançılara hörmətlə yanaşıram. Bu elə bir idman növüdür ki, hər an hər şey dəyişə bilər.



No Comment! Be the first one.