Avropa çempionatı: Daha bir boksçumuz finalda uduzdu
Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında növbəti medalı aktivinə əlavə edib.
Sportify.az xəbər verir ki, yığmanın heyətində bu dəfə Həsrət Məmmədov (46 kq) fəxri kürsüyə yüksəlib.
Finalda Kristi Kaşu (Rumıniya) qalib gəldiyindən Məmmədov gümüş medala sahib olub.
Bununla da Azərbaycan yığmasının medallarının sayı 6-ya yüksəlib. Daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 idmançısı final döyüşünə çıxacaq.



No Comment! Be the first one.