Kurban Berdiyev: Kəllə-beyin travması alıb
Misli Premyer Liqasının VII turunda “Şəfa” “Turan Tovuz”a məğlub olub: 0:1.
Sportify.az xəbər verir ki, görüşündən sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.
– Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi yenə ağır zədə aldı.
– Denis Marandiçinin durumu necədir?
– Kəllə-beyin travması alıb. Əməliyyat ediləcək.
– Son vaxtlarda Ehtiram Quliyevin klubdan gedə biləcəyi haqda söz-söhbətlər var. Bu, sizə və komandaya necə təsir edir?
– Bu sualı niyə mənə verirsiz? Bu sualı onun özünə versəniz, daha yaxşıdır. Biz bu barədə ümumiyyətlə eşitməmişik.



No Comment! Be the first one.