“Milli komandaya seçimlər şəxsi fikirlərə görə deyil, statistikalara görə seçilsin”
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkədə keçirilən futbol yarışları haqqında məlumatları vahid mərkəzdə birləşdirən match.affa.az platformasını ictimaiyyətə təqdim edib.
Sportify.az xəbər verir ki, təqdimatdan sonra AFFA-nın baş katibi müavini Elçin Məmmədov fikirlərini bölüşüb:
“Matç.az forumunun saytına AFFA tərəfindən təşkil olunmuş uşaq və gənclər idarələri bu saytda canlı şəkildə, yəni eyni şəkildə oyunçular barədə statistika, canlı cədvəllər və digər statistik məlumatlar əldə olunacaq. Eyni zamanda, qeyd etmək istərdim ki, bu saytda AFFA tərəfindən təşkil olunacaq digər yarış növləri də əlavə olunacaq. Hal-hazırda orada qızlar, Qadınlar Super Liqası və uşaq-gənclər liqaları mövcuddur. Amma eyni zamanda bizim çox böyük yarışımız — məktəbli kuboku var ki, ora əlavə olunacaq, eyni zamanda futzal liqaları və digər tədbirlərimiz də əlavə olunacaq.
Sosial mediada hər bir turdan sonra təşkil etdiyimiz liqalarda əldə olunmuş statistik göstəricilər bizə imkan verir ki, hər həftənin rəmzi komandası, eyni zamanda turun ən yaxşı oyunçusu, ən yaxşı qapıçı seyvi və qolu, asisti və digər videoları da paylaşaq. Bunun vasitəsilə həm yaxşı istedadlı oyunçular barədə ictimaiyyətə məlumat çatdıraq, eyni zamanda akademiyalar bu proqramdan istifadə edərək öz oyunçularını və rəqiblərini analiz edə bilir. Təbii ki, əsas məqsədimiz milli komandalara cəlb olunacaq və olunmayacaq oyunçular şəxsi və subyektiv fikrə deyil, dataya əsaslanaraq, yəni məlumatlara əsaslanaraq bu seçimlər aparılsın”.



No Comment! Be the first one.