Azərbaycanlı hakimlər Avropa Liqasının oyunlarında
Azərbaycanlı hakimlər UEFA Avropa Liqasının Liqa mərhələsinin II tur oyunlarına təyinat alıblar.
Sportify.az xəbər verir ki, Elçin Məsiyev və Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadaları turnirin iki qarşılaşmasını idarə edəcəklər.
Elçin Məsiyev Sloveniyada keçiriləcək “Çelye” – “Omoniya” matçının baş hakimi olacaq. Oktyabrın 13-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq görüşdə ona həmyerliləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Farid Hacıyev dördüncü hakim, Nicat İsmayıllı isə VAR hakiminin köməkçisi (AVAR) funksiyasını yerinə yetirəcək. VAR hakimi italiyalı Luka Payeretto olacaq.

Əliyar Ağayev isə Niderlandda “NEC” və Bolqarıstanın “Levski” komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. İnqilab Məmmədov dördüncü hakim olacaq. VAR hakimi xorvatiyalı İvan Bebek təyin edilib.
Qeyd edək ki, hər iki görüş UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək.



No Comment! Be the first one.