“Atletiko”nun kapitanı anasını itirdi
İspaniya “Atletiko”sunun kapitanı Koke UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda İngiltərə “Mançester Yunayted”inə qarşı oyunda iştirak etməyəcək.
Sportify.az “Foot Mercato”ya istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin anası vəfat edib.
Təcrübəli futbolçu oktyabrın 13-də Madriddəki “Metropolitano” stadionunda baş tutacaq qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Görüşdən əvvəl Kokenin anasının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
Qeyd edək ki, Koke 2011-ci ildən “Atletiko”da çıxış edir və Madrid klubunun tarixində ən çox oyun keçirən futbolçudur. Onun hesabında komandanın heyətində 749 qarşılaşma var.



No Comment! Be the first one.