"Sabah"a məğlubiyyətə görə hamı məsuliyyət daşımalıdır"
Çexiyanın “Slaviya Praqa” komandasının futbolçusu Mixal Sadilek UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.
Sportify.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra klubun rəsmi saytına fikirlərini bölüşüb:
– Bakını xalsız tərk edirsiniz. Məğlubiyyətin səbəbi hücumdakı məhsuldarlığın aşağı olması idi?
– Bu da səbəblərdən biridir. Düşünürəm ki, əsas məsələ keyfiyyətlə bağlı idi. Belə bir oyun üçün göstərdiyimiz performans çox zəif idi.
– Baş məşqçi ilk hissədən sonra nəyi dəyişmək istəyirdi?
– Dəyişikliklərə ilk qolu buraxdıqdan sonra əl atdı. Bundan sonra oyun bir qapıdan digərinə keçən xarakter aldı. İlk hissədə cərimə meydançasına kifayət qədər top çatdıra bilmədiyimizi düşünürəm. İkinci hissədə bu baxımdan bir qədər yaxşı oynadıq, amma çox təəssüf doğurur.
– İkinci qol, sanki, “Slaviya” üçün oyunun necə keçdiyini əks etdirirdi…
– Həmin epizodda bəxtsizlik də rol oynadı, amma məğlubiyyəti bununla əlaqələndirmək istəmirəm. Şanslarımız oldu, iki dəfə topu qapı xəttinin üzərində rəqib müdafiəçilər uzaqlaşdırdı. Topu yarım metr kənara vura bilsəydik, qol olardı, amma təəssüf ki, belə alınmadı. Buna görə bütün komanda məsuliyyət daşımalıdır. Növbəti oyunda bu məğlubiyyətin əvəzini çıxmalıyıq.


No Comment! Be the first one.