Çempionlar Liqasında nadir rekord
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Aston Villa” doğma meydanda Türkiyənin “Fənərbağça” klubunu 6:0 hesabı ilə darmadağın edib.
Sportify.az xəbər verir ki, görüşdə hesabı 12-ci dəqiqədə Joan Manzambi açıb. Maraqlıdır ki, isveçrəli yarımmüdafiəçi həmin gün 21 yaşını qeyd edib. Bu qarşılaşma onun UEFA Çempionlar Liqasındakı debütü olub.
Manzambi bununla da turnirin tarixində nadir göstəriciyə imza atıb. O, Çempionlar Liqasındakı ilk oyununda doğum günündə qol vuran ikinci futbolçu olub.
Bu uğura qədər belə göstəriciyə yalnız bir futbolçu nail olmuşdu. 2012-ci il sentyabrın 19-da Moskva “Spartak”ının futbolçusu Romulo “Barselona”ya qarşı matçda fərqlənmişdi. Həmin gün braziliyalının 22 yaşı tamam olmuşdu.
Qeyd edək ki, “Aston Villa”nın “Fənərbağça” üzərində 6:0 hesablı qələbəsində Rayan Cekson (31, 39), Ross Barkli (68, 72) və Temmi Abraham (90) da qolların müəllifi olublar.



No Comment! Be the first one.