Məhəmməd Əlinin nəvəsi uduzdu
ABŞ-ın Kanzas ştatında keçirilən boks gecəsində əfsanəvi Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş məğlubiyyətlə üzləşib.
Sportify.az xəbər verir ki, orta çəki dərəcəsində çıxış edən amerikalı boksçu həmyerlisi Trivon Kreykrafta uduzub.
8 raund davam edən döyüşün sonunda hakimlər qələbəni Kreykrafta veriblər. Bununla da onun peşəkar rinqdəki məğlubiyyətsiz seriyası davam edib. Boksçunun hesabında 10 qələbə və 1 heç-heçə var.
Niko Əli Uolş isə karyerasında 12 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb.
Qeyd edək ki, Uolş 2021-ci ilin avqustunda peşəkar rinqdə debüt edib. O, döyüşə babası Məhəmməd Əliyə məxsus ağ rəngli “Everlast” şortunda çıxıb. Həmin şort Əlinin 2016-cı ildə vəfatından sonra nəvəsinə verilib.



No Comment! Be the first one.