Avropa çempionatında 21 boksçu
Azərbaycanın 15 yaşadək boksçulardan ibarət millisi oktyabrın 18-də Türkiyənin Trabzon şəhərində start götürəcək Avropa çempionatına qatılacaq.
Federasiyanın mətbuat xidmətindən Sportıfy.az-a verilən məlumata görə, 8 gün davam edəcək yarışa 21 idmançı yollanıb.
Çempionatda Hüseyn Rəhimli (40 kq), Hümbət Almazov (42 kq), Ələkbər Məmmədli (44 kq), Əlimədəd Qədirli (46 kq), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Nazim Qazıyev (63 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Həsən Lütfəliyev (75 kq), Fərhad Əhmədli (80 kq), Teymur Tanrıverdiyev (90 kq), Hüseyn Aydəmirli (+90 kq), Aişə Muradova (48 kq), Nuray Qafarova (50 kq), Veysilə Əliyeva (54 kq) və Gülay Ocaqova (57 kq) mübarizə aparacaq.
Yarışda Stanislav Krılovla Məsməxanım Səlimova isə hakimlik edəcəklər.



No Comment! Be the first one.