Emrelinin komandası mövsümdə ikinci qələbəsini qazandı
Polşa çempionatının XI turunda Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Vieçista Krakov”a qalib gəlib.
Sportify.az xəbər verir ki, qarşılaşma “Rakuv”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 69-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Semedo açıb. 79-cu dəqiqədə Diabi-Fadiqa penaltidən fərqlənərək tarazlığı bərpa edib. Matçın 88-ci dəqiqəsində vurulan qol isə “Rakuv”a qələbə qazandırıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli oyuna start heyətində başlayıb. O, 88-ci dəqiqədə Adam Basse ilə əvəzlənib.
Beləliklə, “Rakuv” mövsümdə ikinci qələbəsini qazanıb. Komanda 6 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
“Vieçista Krakov” – “Rakuv” 1:2
Qollar: Semedo, 69 – Diabi-Fadiqa, 79 (pen.), 88.



No Comment! Be the first one.