U-20 dünya çempionatının rəsmi brendi Bakının simvolik məkanlarında nümayiş etdirildi
FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında və Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya vasitəsilə nümayiş etdirilib.
Sportify.az xəbər verir ki, layihə çərçivəsində turnirin rəsmi emblemi və brend elementləri hər iki məkanda xüsusi vizual effektlərlə təqdim olunub.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək FIFA U-20 Dünya Çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcəklər. Turnir hər iki ölkənin beynəlxalq futbol arenasında tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.











No Comment! Be the first one.