"Zirə" Gəncədə şəhid futbolçusunu andı - FOTOLAR
“Zirə”nin nümayəndə heyəti Gəncə Şəhidlər xiyabanını ziyarət edib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ziyarət zamanı Gəncə şəhidlərinin xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinə, eləcə də komandanın futbolçusu İlqar Burcəliyevin məzarı önünə əklillər qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Klub nümayəndələri, həmçinin Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuş mülki şəxslərin məzarlarını ziyarət edərək faciənin 6-cı ildönümündə onların xatirəsini ehtiramla anıblar.






















No Comment! Be the first one.