“Arsenal” hücumçusuna yeni müqavilə təklif etdi
İngiltərə təmsilçisi “Arsenal” İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Raysla yeni müqavilənin uzadılması istiqamətində danışıqlarda irəliləyiş əldə edib.
Sportify.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. London təmsilçisi 27 yaşlı futbolçunu uzun müddət komandada saxlamaq niyyətindədir.
Məlumata əsasən, “Arsenal” bir neçə həftə əvvəl baş məşqçi Mikel Arteta ilə yeni müqavilə məsələsində razılığa gəlib. İspaniyalı mütəxəssisin 2030-cu ilin iyununa qədər klubda qalacağı gözlənilir.
London klubu indi əsas oyunçularından biri olan Deklan Raysla müqavilənin uzadılması üzrə danışıqları davam etdirir.
Qeyd edək ki, Rays 2023-cü ilin yayında “Vest Hem”dən 116,6 milyon avro qarşılığında “Arsenal”a transfer olunub. Onun hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.
İngiltərəli yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 10 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.


No Comment! Be the first one.