"Beşiktaş" xal itirdi, "Milan" məğlub oldu – YENİLƏNDİ
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyunları keçirilib.
Sportify.az xəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində Türkiyə təmsilçisi “Beşiktaş” İngiltərənin “Kristal Pelas” klubunu qəbul edib. Hesabı fasilə ərəfəsində “Qara qartallar”dan Uilfred Ndidi açıb. İkinci yarıya sürətli başlayan ingilislər 2 qolla önə keçiblər. Eremi Pino 51-ci, Jan-Filipp Mateta 55-ci dəqiqədə fərqlənib. 73-cü dəqiqədə isə Junior Olaitan tarazlığı bərpa edib – 2:2. 4 dəqiqə sonra Ümid Akdağ qırmızı vərəqə ilə cəzalandırılıb. Beləliklə, hesab 2:2 olub.
İtaliyanın “Yuventus” komandası Fransa “Renn”i ilə doğma meydanda heç-heçə edib – 2:2. Ermənistanın “Ararat-Armeniya” klubu Niderlandın AZ kollektivinə 4 cavabsız qolla məğlub olub. İtaliya “Milan”ı isə İngiltərədə “Bornmut”a 0:3 hesabı ilə məğlub olub.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr
20:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – NEK (Niderland) 2:4
20:45. “Ararat-Armeniya” (Ermənistan) – AZ (Niderland) 0:4
20:45. “Ferentsvaroş” (Macarıstan) – “Torrense” (Portuqaliya) 4:1
20:45. “Yuventus” (İtaliya) – “Renn” (Fransa) 2:2
20:45. “Lex” (Polşa) – “Sanderlend” (İngiltərə) 1:1
20:45. OFİ (Yunanıstan) – “Bayer” (Almaniya) 0:2
20:45. “Yunion” (Belçika) – “Hapoel” (Beer-Şeva, İsrail) 4:0
20:45. “Şturm” (Avstriya) – “Marsel” (Fransa) 1:0
23:00. “Beşiktaş” (Türkiyə) – “Kristal Pelas” (İngiltərə) 2:2
23:00. “Selye” (Sloveniya) – “Zaltsburq” (Avstriya) 2:2
23:00. “Seltik” (Şotlandiya) – “Selta” (İspaniya) 1:2
23:00. “Hoffenhaym” (Almaniya) – “Lion” (Fransa) 3:0
23:00. “Yagelloniya” (Polşa) – “Anderlext” (Belçika) 0:3
23:00. “Lillestrem” (Norveç) – “Real Sosyedad” (İspaniya) 0:6
23:00. “Olimpiakos” (Yunanıstan) – “Sparta” (Çexiya) 1:0
23:00. “Omoniya” (Kipr) – “Benfika” (Portuqaliya) 1:4
23:00. “Viktoriya” (Çexiya) – “Levski” (Bolqarıstan) 1:2
23:00. “Bornmut” (İngiltərə) – “Milan” (İtaliya) 0:3



No Comment! Be the first one.