Dambrauskas onlarla görüşdü, imzalar atdı - FOTO
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycandakı Litva icmasının nümayəndələri ilə görüşüb.
Sportify.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsinə paylaşım edib.
Görüş UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Borussiya Dortmund” komandası ilə Bakıda keçirilmiş III tur oyunundan sonra baş tutub.
Səfirliyin paylaşımında “Sabah”ın Almaniya təmsilçisi ilə başabaş mübarizə aparması vurğulanıb. Bu çıxışın komandaya və Azərbaycanda futbolun inkişafına görə qürur duymaq üçün əlavə səbəb yaratdığı qeyd edilib.

Görüş futbol və dostluq baxımından yaddaqalan hadisə kimi dəyərləndirilib.
Matç “Borussiya Dortmund”un qələbəsi ilə yekunlaşıb – 2:1.
Qeyd edək ki, “Sabah”ın məşqçilər heyətində baş məşqçi Valdas Dambrauskasla yanaşı, daha iki litvalı mütəxəssis – qapıçılar üzrə məşqçi Yustinas Qasiunas və Yonas Skinderis də çalışır.


No Comment! Be the first one.