Messi azarkeşi belə sevindirdi - VİDEO
Argentina millisinin keçmiş kapitanı Lionel Messi mükafatlandırma mərasimi üçün İspaniyanın Oviedo şəhərinə gəlib.
Sportify.az xəbər verir ki, Messi oteldən çıxarkən bir oğlan avtoqraf almaq üçün ona tərəf qaçıb. Lakin təhlükəsizlik işçiləri uşağın argentinalıya yaxınlaşmasına mane olublar.
Messinin həyat yoldaşı Antonella gənc azarkeşi buraxmaq üçün işçilərə işarə edib və Messi onun butslarını imzalayıb.
Qeyd edək ki, Messi bu gün Asturiya şahzadəsi idman mükafatını alacaq.



No Comment! Be the first one.