Mahir Emreli oynadı, komandası məğlub oldu
Polşa çempionatında 12-ci turun oyunları davam edir.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Rakuv” səfərdə “Visla” ilə qarşılaşıb.
Hücumçumuz fasilədən dərhal sonra meydana daxil olub və sonadək mübarizə aparıb. “Rakuv” yekunda 1:2 hesabı ilə məğlub olub.
Mahirin komandası 6 xalla autsayderdir. “Visla” isə qələbə sayəsində 21 xalla 5-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 27 xalla “Qornik” başçılıq edir.



No Comment! Be the first one.