"Sabah" "Qarabağ"la heç-heçə etdi, "İmişli"dən növbəti qələbə – YENİLƏNDİ
Misli Premyer Liqasında IX turun daha bir görüşü keçirilib.
Sportify.az xəbər verir ki, Yevlax şəhər stadionunda “İmişli” “Şamaxı”nı qəbul edib.
Baş hakim Rauf Cabarovun idarə etdiyi görüş “İmişli”nin qələbəsi ilə yekunlaşıb – 2:1.
Turun mərkəzi matçında isə “Sabah” “Qarabağ”ı qəbul edib. “Sabah Arena”dakı qarşılaşmada hesab açılmayıb.
Misli Premyer Liqasında IX turun son oyunları bu gün keçiriləcək.
Sportify.az xəbər verir ki, günün ilk matçında “İmişli” və “Şamaxı” üz-üzə gələcək.
Yevlax şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 15:00-da başlanacaq. Matçı baş hakim Rauf Cabarov idarə edəcək.
Hər iki kollektiv ötən turu qələbə ilə başa vurub. “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edən “İmişli” hazırda 8 oyundan 7 xalla 8-ci, “Şəfa”nı 3:2 hesabı ilə üstələyən “Şamaxı” isə 13 xalla 7-ci pillədə qərarlaşıb. Qonaqlar bu gün qalib gəlsələr, 4-cü pilləyə yüksələcəklər. Meydan sahiblərini isə qalibiyyət cəmi 1 pillə irəli aparacaq.
Komandaların əvvəlki 3 oyunu ötən mövsüm baş tutub. “Şamaxı” bu matçların 1-də 1:0 hesabı ilə qələbə qazanıb, daha 2 görüş heç-heçə ilə yekunlaşıb. “İmişli” hələ qol vurmayıb. Son iki oyun heç-heçə ilə yekunlaşıb.
Turun bağlanış qarşılaşmasında isə ötən iki mövsümün çempionları “Sabah” və “Qarabağ” üz-üzə gələcək. Bu matç artıq Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da deyil, Mərdəkandakı “Dalğa Arena”da gerçəkləşəcək. Gələcəkdə “Sabah Arena” adlanacaq stadion cari mövsümdən eyniadlı klubun ixtiyarına verilib.
Hazırda “Sabah” 7 oyundan 19 xalla 1-ci, “Qarabağ” isə 17 xalla 3-cü pillədə qərarlaşıb. Komandalar arasındakı əvvəlki 30 görüşün 4-də paytaxt, 15-də Ağdam təmsilçisi qələbə qazanıb, 11-i isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə baş məşqçi Qurban Qurbanovun komandasının üstünlüyü belədir – 54:30.
Lakin axırıncı 10 oyunda “Sabah” qol vurub. “Qarabağ” isə son 6 qarşılaşmada qələbə qazanmayıb.
Saat 18:00-da başlanacaq görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.
Misli Premyer Liqası, IX tur
25 oktyabr (bazar)
15:00. “İmişli” – “Şamaxı” – 2:1
Qollar: Dioqo Almeyda, 17. Seyxan Fərəcov, 90+1 (pen.) – Abdullahi Şuaybu, 65
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax şəhər stadionu
18:00. “Sabah” – “Qarabağ” – 0:0
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”
Qeyd edək ki, IX turun əvvəlki oyunlarında “Zirə” evdə “Sumqayıt”ı 3:2, “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı, “Kəpəz” “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Turan Tovuz” matçı isə heç-heçə ilə yekunlaşıb – 1:1.



No Comment! Be the first one.