Sadıqovla 250-ci oyun
Misli Premyer Liqasının IX turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Sportify.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb. “Qartallar” “Sumqayıt”la ev matçında 3:2 hesabı ilə qalib gəlib.
2020-ci ilin iyulundan “Zirə”ni çalışdıran Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i ölkə kuboku, 16-sı avrokubok matçı olub.
Qeyd edək ki, baş məşqçinin debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın “Qəbələ” ilə səfər matçında (1:1) gerçəkləşib.



No Comment! Be the first one.