Arsen Venger gözlənilmədən Rusiya millisini izlədi - VİDEO
Bakıda səfərdə olan FIFA rəsmisi Arsen Venger gözlənilmədən U-15 dünya çempionatı və festivalında Rusiya – Əfqanıstan matçını izləməyə gəlib.
Sportify.az xəbər verir ki, Hövsan Yarış Kompleksində keçirilən oyunda Rusiya yığması rəqibini 8:0 hesabı ilə darmadağın edib və 4 turdan sonra qrupuna liderlik edir.
Bundan əvvəl rusiyalılar Sudan, Sierra Leone və Cibutini ümumilikdə 32:0 hesabı ilə məğlub ediblər.
Rusiya yığmasını bu gün Türkiyəyə qarşı qrup liderliyi uğrunda həlledici oyun gözləyir.



No Comment! Be the first one.