Həsrətin Səidlə qələbəyə olan həsrəti nə vaxt bitəcək?
Bu gün Astanadakı dünya çempionatında yunan-Roma güləşçisi Həsrət Cəfərov 67 kq çəki dərəcəsində yarımfinalda iranlı Səid İsmayıla məğlub olub.
Sportify.az xəbər verir ki, bu, ilk belə hal deyil. Həsrətlə Səidin duellərində artıq 3-cü dəfədir ki, Azərbaycan təmsilçisi məğlubiyyətlə barışmalı olub.
Belə ki, Cəfərov ötən il Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatının finalında da eyni rəqibə uduzaraq gümüş medal əldə etmişdi.
Daha sonra güləşçilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan İslam Həmrəyliyi Oyunlarının finalında üz-üzə gəliblər. Maraqlıdır ki, həmin görüşdə də Həsrət Səidlə bacarmayıb və yekunda 2-ci yeri tutub.
2024cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında isə Səid İsmayılov çemp olmuşdu. Həsrət dördilliyin zirvə yarışının yarımfinalında Ukraynanı təmsil edən azərbaycanlı Pərviz Nəsibova uduzaraq, Səidlə revanş duelini qaçırmışdı.


No Comment! Be the first one.