Millimiz Haitiyə böyük hesabla uduzdu
Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında Azərbaycan millisi qrupda son oyununu keçirib.
Sportify.az xəbər verir ki, rəqib Haiti yığması olub.
Görüş millinin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb – 0:4.
Famil Xəlilovun baş məşqçi olduğu komanda qrupunu 9 xalla üçüncü pillədə başa vurub.
Xatırladaq ki, Azərbaycan yığması AF qrupunda bunadək Şərqi Timor millisinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlsə də, avstraliyalılarla bacarmayıb – 1:3.
Yarışa oktyabrın 30-da yekun vurulacaq. Çempionat Hövsan Yarış Kompleksində keçirilsə də, final matçı Bakı Kristal Zalında olacaq.



No Comment! Be the first one.