Bu gün "Qızıl top" sahibi tapacaq
Bu gün “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçiriləcək.
Sportify.az xəbər verir ki, tədbir Londonun “Palladium” teatrında baş tutacaq. Mərasimin Bakı vaxtı ilə saat 22:00-da başlaması, əsas hissəsinin isə saat 00:00-da keçirilməsi gözlənilir.
“France Football”un təsis etdiyi ilin ən yaxşı futbolçusu mükafatına 30 futbolçu namizəddir:
- Cud Bellinqem (“Real Madrid”, İngiltərə)
- Pau Kubarsi (“Barselona”, İspaniya)
- Mark Kukurelya (“Çelsi”/“Real Madrid”, İspaniya)
- Usman Dembele (PSJ, Fransa)
- Bruno Fernandeş (“Mançester Yunayted”, Portuqaliya)
- Luis Dias (“Bayern”, Kolumbiya)
- Qabriel Maqalyaeş (“Arsenal”, Braziliya)
- Erlinq Holand (“Mançester Siti”, Norveç)
- Əşrəf Hakimi (PSJ, Mərakeş)
- Harri Keyn (“Bayern”, İngiltərə)
- Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan)
- Lamin Yamal (“Barselona”, İspaniya)
- Sadio Mane (“Əl-Nəsr”, Seneqal)
- Markinyos (“PSJ”, Braziliya)
- Lautaro Martines (“İnter”, Argentina)
- Kilian Mbappe (“Real Madrid”, Fransa)
- Nuno Mendeş (PSJ, Portuqaliya)
- Lionel Messi (“İnter Mayami”, Argentina)
- Joau Neveş (PSJ, Portuqaliya)
- Maykl Olise (“Bayern”, Fransa)
- Vilyan Paço (PSJ, Ekvador)
- Xulian Andres Kinyones (“Əl-Qadisiyyə”, Meksika)
- Deklan Rays (“Arsenal”, İngiltərə)
- Rodri (“Mançester Siti”/“Barselona”, İspaniya)
- Fabian Ruis (PSJ, İspaniya)
- Vilyam Saliba (“Arsenal”, Fransa)
- Ferran Torres (“Barselona”/PSJ, İspaniya)
- Dayo Upamekano (“Bayern”, Fransa)
- Vinisius Junior (“Real Madrid”, Braziliya)
- Vitinya (PSJ, Portuqaliya)
Ən yaxşı gənc futbolçu mükafatına 10 futbolçu namizəddir. Siyahıda Kerim Alaybeqoviç, Ayub Buaddi, Pau Kubarsi, Yan Diomande, Lennart Karl, Eli Junior Krupi, Lamin Yamal, Yoan Manzambi, İbrahim Maza və Uorren Zair-Emeri yer alıb.
İlin ən yaxşı qapıçısı adına Matvey Safonov, Yassin Bunu, Tibo Kurtua, Qreqor Kobel, Joan Qarsiya, Eduar Mendi, Emiliano Martinez, David Raya, Vojinya və Unai Simon namizəddirlər.
İlin ən yaxşı məşqçisi mükafatına Mikel Arteta, Luis de la Fuente, Unai Emeri, Vensan Kompani və Luis Enrike namizəddir.
“Bude-Qlimt”, PSJ, “Arsenal”, “Bayern” və “Flamenqo” isə ilin ən yaxşı klubu mükafatına namizəd göstərilib.
Həmçinin qadın futbolunda da eyni nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.



No Comment! Be the first one.